EN
RU
Şəxsi kabinet
3-cü Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi
18 - 19 sentyabr 2020
adprint

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabatlar

Rəsmi kataloq
AdPrint - İstənilən konfiqurasiyalı sərgi stendləri və pavilyonlar!
Media мərkəz » Xəbərlər

İstənilən konfiqurasiyalı sərgi stendləri və pavilyonlar!
13.09.2019

Xəbərlər

Ceyhun Manafov, “Expo Solution Group” şirkətinin baş direktoru

- “Expo Solution Group” şirkəti 2003-cü ildə təsis edilib və 2009-cü ildən etibarən təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə, xüsusən də Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərir. Şirkətin xidmət spektrinə sərgi stendlərinin layihələndirilməsi, dizaynı, hazırlanması və montajı, eləcə də sərgi, təqdimat və digər genişmiqyaslı tədbirlərin təşkili, tərtibatı və keçirilməsi daxildir.

Bu gün şirkət istənilən konfiqurasiya və çətinlik səviyyəsinə malik olan sərgi stendlərinin və küçə pavilyonlarının qurulmasına imkan verən texnologiyalara malikdir. “Expo Solutions Group” şirkəti öz müştərilərinə təqdimatların keçirilməsi üzrə konsepsiyanın hazırlanması və təqdimat üçün məkanın seçilməsindən tutmuş şirkətin korporativ üslubuna uyğun olaraq tədbirin vizual tərtibatına qədər kompleks xidmətlər, poliqrafiya və suvenir məhsullarının dizaynı və hazırlanması və digər xidmətlər təklif edir.

Biz bu sərgidə “şaquli yaşıllıq” və ya “fito-dizayn” adlı yeni məhsulu təklif edirik. Bu, yosunu şaquli vəziyyətdə olan xüsusi təməl üzərində yetişdirmə formasıdır. Təməl yaşıl vəziyyətdə (yosunu suvarmaya ehtiyac olmadan) üç il ərzində dəstəkləməyə imkan verir. Verilmiş müxtəlif formalar məkanın dizaynında şaquli yaşıllığı tətbiq etməyə imkan verir və məkana xüsusi gözəllik gətirir.

Sərginin təşkilatçılığından çox razıyıq. İlk gün ərzində bir sıra maraqlı görüşlər keçirdik, yeni əlaqələr qurduq və müştəri bazasının genişlənəcəyini gözləyirik.



TƏRƏFDAŞLAR