EN
RU
Şəxsi kabinet
3-cü Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi
18 - 19 sentyabr 2020
adprint

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabatlar

Rəsmi kataloq
AdPrint - “Gift&Promo Fair” və “AdPrint” - biznes hədiyyələri, tanıtım, reklam və çap məhsulları üçün ən yaxşı təkliflər
Media мərkəz » Xəbərlər

“Gift&Promo Fair” və “AdPrint” - biznes hədiyyələri, tanıtım, reklam və çap məhsulları üçün ən yaxşı təkliflər
12.09.2019

12 sentyabr tarixində Boulevard Hotel Baku-da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” start götürüb. Builki sərgidə dünyanın 6 ölkəsini təmsil edən 43 şirkət iştirak edir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers (CEO)  şirkəti çıxış edir.

Sərgilərin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev və “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Fərid Məmmədov iştirak edirdilər.

Öz çıxışında Orxan Məmmədov qeyd etdi ki, keçirilən bu sərgilər regionda yeganə tədbirdir və bu, sərgilərin əhəmiyyətini daha da artırır, xarici şirkətlərin iştirakı isə tədbirin statusunu daha da yüksəldir.

Sərgilərin iştirakçıları əsasən kiçik və orta biznesin nümayəndələridir və Orxan Məmmədovun sözlərinə görə, bu cür sərgilər məhsullarını nümayiş etdirmək istəyən, həm də potensial tərəfdaşlar ilə “B2B” formatında görüşlər keçirmək istəyən sahibkarlar

və üçün əla platformadır. O. Məmmədov sərginin işində təşkilatın dəstəyinə görə Almaniyanın “GİZ” təşkilatına təşəkkür edərək, sərgilərin kiçik və orta sahibkarlığın istehsalının təşviqində mühüm addım olacağını bildirdi.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev mühüm bir rəy formalaşdırdı - ölkədə qurulan rəqabətli biznes mühiti şəraitində marketinqin rolu daha da artır. Satışları artırmaq üçün iş birliyi yeni marketinq hərəkətləri və vasitələr axtarır. O, qeyd etdi ki, sərgi reklam və təbliğata yanaşmanın müxtəlif variantlarını özündə birləşdirən platformalardan biridir. “Mən hesab edirəm ki, bugünkü sərgilər şirkətlərin və özəl sahibkarların tanınmasının əhəmiyyətli dərəcədə artmasına satışlarının çoxalmasına töhfə verəcək”, deyə natiq vurğuladı.

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Fərid Məmmədovun çıxışı isə təşkilatçıların iş perspektivlərinin təhlilini təşkil edirdi, belə ki, “Caspian Event Organisers” şirkətinin təşkil etdiyi “GIFT” və “AdPrint” sərgiləri builki payız-qış mövsümünə start verir. Bu sərgi dövründə iqtisadiyyatın qeyri-neft sahələrini əhatə edən 13 müxtəlif sərgi və konfrans keçiriləcək. Onlardan üçünün, yəni “BakuBuild”, “Caspian Ecology” və “Bakutel” sərgilərinin isə bu il yubileyi olacaq. Hazırda keçirilən hər iki sərgidə 6 ölkədən 43 şirkət iştirak edir.

Sonda “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Fərid Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniyanın “GİZ” agentliyinə sərgini dəstəklədiklərinə görə təşəkkür edərək bütün iştirakçılara məhsuldar iş arzuladı.

“Gift & Promo Fair 2019” sərgisi promo məhsulları sahəsində geniş məhsul və xidmət çeşidini, individual və “VIP” kateqoriyalı hədiyyələri təqdim edir. Bu il sərgidə yerli şirkətlərlə yanaşı, Plastoria, Sols, Universal Woods kimi dünya brendlərinin nümayəndələri də iştirak edir. Sərgidə təqdim olunan məhsullar sırasında suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklaları yer alır.

Sərgidə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və digər məhsullar sərgilənir.

“Ən yaxşısını seç!” müsabiqəsi çərçivəsində sərginin 10-dan artıq iştirakçısı öz eksklüziv məhsullarını foyedə quraşdırılmış xüsusi vitrinlərdə nümayiş etdirəcək. Hər vitrində məhsul barədə ətraflı məlumat veriləcək. Sərginin keçiriləcəyi üç gün ərzində sərginin qonaqları onların fikrincə ən yaxşı eksponata səs verə və onu “Ən yaxşı məhsul” adlandıra bilərlər.

“AdPrint” - 2-ci  Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edir.

Sərginin eksponentləri arasında reklam işi və poliqrafiya sahəsində həm şəxsi məhsul istehsalçıları, həm də Almaniya, Fransa və İtaliyanın məşhur brendlərinin distribütorları yer alır. Sərgidə vizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, tipoqrafiya və poliqrafiya xidmətləri, çap avadanlıqları və ləvazimatlarının istənilən növü, sərgi stendlərinin qurulması üzrə xidmətlər və digər sənaye sahələri üzrə məhsul və xidmətlər təqdim edilir.

Sərginin ilk iş günündə xüsusi dəvət edilmiş sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi keçirilib. Tələb-təklif-satış zəncirinin əsas halqaları arasında “canlı” dialoq çərçivəsində bazardakı aktual tapşırıqlar müzakirə edilib və həll variantları təklif olunub.

12 sentyabr tarixlərində sərgi iştirakçılarının yeni məhsullarının təqdimatı keçiriləcək. Bu təqdimatın gedişatında sərgi qonaqlarına bazarın innovativ məhsulları ilə ilk tanış olanların sırasına qatılmaq, biznes üçün yeni imkanları öyrənmək, potensial müştərilər tapmaq və iş təcrübələrini bölüşmək kimi unikal imkanlar yaradılacaq.

13 sentyabr tarixində promo sənayesinin nümayəndələri ilə potensial sifarişçilər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək və burada əməkdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün lazımi şərait yaradılacaq. Bu görüşlər satış və tərəfdaşlıq üfüqlərini genişləndirmək üçün əlverişli zəmini təmin edəcək.

14 sentyabr tarixində iştirakçı şirkətlərin promo geyim və məhsullarının müxtəlif modellərdə nümayiş olunacağı promo-defile  təşkil ediləcək.

Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilir.



TƏRƏFDAŞLAR