EN
RU
Şəxsi kabinet
2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi
12 - 14 sentyabr 2019 Boulevard Hotel Baku
adprint

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabatlar

Rəsmi kataloq
AdPrint - “Gift & Promo Fair 2019” və “AdPrint 2019” sərgisi sizin yolunuzu gözləyir!
Media мərkəz » Xəbərlər

“Gift & Promo Fair 2019” və “AdPrint 2019” sərgisi sizin yolunuzu gözləyir!
11.09.2019

Xəbərlər

12-14 sentyabr tarixlərində Boulevard Hotel Baku-da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” keçiriləcək. Ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgidə dünyanın 6 ölkəsini təmsil edən 43 şirkət iştirak edir.

2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi

“Gift & Promo Fair 2019” - 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi promo məhsulları sahəsində geniş məhsul və xidmət çeşidini, individual və “VIP” kateqoriyalı hədiyyələri təqdim edir. Bu il sərgidə yerli şirkətlərlə yanaşı, Plastoria, Sols, Universal Woods kimi dünya brendlərinin nümayəndələri də iştirak edir. Sərgidə təqdim olunan məhsullar sırasında suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklaları yer alır. Bu il sərgidə Rusiya və Türkiyəni təmsil edən şirkətlər iştirak edir.

“Gift & Promo Fair” sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və digər məhsullar sərgilənir.

“Gift & Promo Fair” sərgisi qısa vaxt ərzində geniş məhsul və xidmət çeşidi ilə tanış olmaq, eləcə də işgüzar hədiyyələrin orijinal həll variantlarını və eksklüziv korporativ hədiyyələri əldə etmək üçün unikal platformadır.

2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi

“AdPrint” - 2-ci  Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edir.

Sərginin eksponentləri arasında reklam işi və poliqrafiya sahəsində həm şəxsi məhsul istehsalçıları, həm də Almaniya, Fransa və İtaliyanın məşhur brendlərinin distribütorları yer alır. Sərgidə vizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, tipoqrafiya və poliqrafiya xidmətləri, çap avadanlıqları və ləvazimatlarının istənilən növü, sərgi stendlərinin qurulması üzrə xidmətlər və digər sənaye sahələri üzrə məhsul və xidmətlər təqdim edilir.

Reklam və çap işi sahəsində innovativ məhsull və xidmətlərin təqdim edildiyi unikal platforma - “AdPrint” sərgisi bazarı təhlil etmək, yeni tərəfdaş və sifarişçilər cəlb etmək üçün effektiv vasitədir.

Sərgilərin işgüzar proqramı

Sərgilər əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Sərgilər çərçivəsində keçiriləcək müxtəlif görüşlər, panel müzakirələr, müsabiqələr, ustad dərsləri və promo-defile ölkəmizdə reklam, çap və promo səhələrinə marağın artmasında təkan verəcək.

Belə ki, sərginin ilk iş günündə xüsusi dəvət edilmiş sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi keçiriləcək. Tələb-təklif-satış zəncirinin əsas halqaları arasında “canlı” dialoq çərçivəsində bazardakı aktual tapşırıqlar müzakirə ediləcək və həll variantları təklif olunacaq. Belə müzakirələr bazarın inkişafına və bazar iştirakçıları arasında möhkəm qarşılıqlı faydalı əlaqələrin qurulmasına kömək edəcək.

12 sentyabr tarixlərində sərgi iştirakçılarının yeni məhsullarının təqdimatı keçiriləcək. Bu təqdimatın gedişatında sərgi qonaqlarına bazarın innovativ məhsulları ilə ilk tanış olanların sırasına qatılmaq, biznes üçün yeni imkanları öyrənmək, potensial müştərilər tapmaq və iş təcrübələrini bölüşmək kimi unikal imkanlar yaradılacaq.

13 sentyabr tarixində promo sənayesinin nümayəndələri ilə potensial sifarişçilər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək və burada əməkdaşlıq yollarını üzbəüz müzakirə etmək üçün lazımi şərait yaradılacaq. Bu görüşlər satış və tərəfdaşlıq üfüqlərini genişləndirmək üçün əlverişli zəmini təmin edəcək.

14 sentyabr tarixində iştirakçı şirkətlərin promo geyim və məhsullarının müxtəlif modellərdə nümayiş olunacağı promo-defile  təşkil ediləcək.

“Ən yaxşısını seç!” müsabiqəsi çərçivəsində sərginin 10-dan artıq iştirakçısı öz eksklüziv məhsullarını foyedə quraşdırılmış xüsusi vitrinlərdə nümayiş etdirəcək. Hər vitrində məhsul barədə ətraflı məlumat veriləcək. Sərginin keçiriləcəyi üç gün ərzində sərginin qonaqları onların fikrincə ən yaxşı eksponata səs verə və onu “Ən yaxşı məhsul” adlandıra bilərlər.

Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş «AzExpoMontage» yer alırlar. “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi.

Beləliklə, zəngin və parlaq əlavə tədbirlər ilə müşayiət olunan sərgilər dəqiq işgüzar formatı qoruyub saxlayır ki, bu da həm iştirakçıların, həm də ziyarətçilərin biznes tapşırıqlarını səmərəli şəkildə həll etmələrinə imkan verir.




TƏRƏFDAŞLAR